Başqa planetlərdə həyat axtarışına start verilir

© REUTERS / via China DailyFAST teleskopu
FAST teleskopu - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən nəhəng FAST radioteleskopu digər planetlərdə həyatı axtarmaq və qara materiyanı öyrənmək məqsədilə astronomik hesablamalar aparmaq üçün Sky Eye 1-lərə qoşulacaq

BAKI, 26 sen — Sputnik. Çin alimləri bazar günü ölkənin cənub-qərbində nəhəng FAST radioteleskopunu istismara veriblər. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Yupiterin yeni şəkilləri - Sputnik Azərbaycan
ELM
Bu nəhəng planetin ən dəqiq görüntüləri Yerə göndərildi

Teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun tikintisi üçün 30 futbol meydançası boyda ərazi lazım gəlib. Teleskop Çinin cənub-qərbindəki Quyçjou əyalətindəki hündür dağda quraşdırılıb.

Teleskopun diametri 500 metrdir. Konstruksiyanın perimetri 1,6 km-ə bərabərdir. Bu layihəyə qoyulan investisiyanın həcmi 1,2 milyard yuan (180 milyon dollar) dəyərindədir. FAST öz imkanları və həcmi ilə Puerto-Rikoda yerləşən, diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur.

© REUTERS / via China DailyGözlənilir ki, bu radioteleskop Çinin açıq kosmosu tədqiq etmə imkanları xeyli genişləndirəcək
Gözlənilir ki, bu radioteleskop Çinin açıq kosmosu tədqiq etmə imkanları xeyli genişləndirəcək - Sputnik Azərbaycan
Gözlənilir ki, bu radioteleskop Çinin açıq kosmosu tədqiq etmə imkanları xeyli genişləndirəcək

Ötən bazar günü 30 tonluq teleskop şüalandırıcısının quraşdırılması başa çatıb. O, cihazın səthindən 130 metr hündürlükdə yerləşir. Bu şüalandırıcıdan teleskopun canaq-reflektorunun yönləndirdiyi radiodalğaları toplamaq üçün istifadə olunur. Bu, həmçinin ölçü alətlərinin qeydə alınması zamanı siqnalları artırır.

© AFP 2024 / STRTeleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun diametri 500 metr, çevrəsinin uzunluğu 1,6 kilometrdir. Beləliklə, FAST ölçülərinə görə Puerto-Rikodakı diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur.
Teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun diametri 500 metr, çevrəsinin uzunluğu 1,6 kilometrdir. Beləliklə, FAST ölçülərinə görə Puerto-Rikodakı diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur. - Sputnik Azərbaycan
Teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun diametri 500 metr, çevrəsinin uzunluğu 1,6 kilometrdir. Beləliklə, FAST ölçülərinə görə Puerto-Rikodakı diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur.

Çinin Mərkəzi televiziyasının verdiyi məlumata görə, FAST digər planetlərdə həyatı axtarmaq və qara materiyanı öyrənmək məqsədilə astronomik hesablamalar aparmaq üçün dünyanın ən sürətli kompüterləri olan Sky Eye 1-lərə qoşulacaq. Yeni teleskopun Çinin açıq kosmosu tədqiq etmək imkanlarını nəzərçarpacaq dərəcədə artırmağa kömək edəcəyi gözlənilir.

Daha əvvəl Çin hakimiyyəti radioteleskopun 5 kilometrlik radiusunda yaşayan 9 min insanı bu ərazidən köçürüb. Onlar üçün 600 evdən ibarət iki yeni qəsəbə salınıb və bu qəsəbə onların əvvəllər məskunlaşdıqları yerdən 10 kilometrlərlə aralıdadır. Yeni yaşayış məntəqəsinin tikintisinə hakimiyyət 269 milyon dollar vəsait xərcləyib.

Xəbər lenti
0