BAKI, 26 sen — Sputnik. PKK terror təşkilatının yaraqlıları Türkiyənin Şırnak-Van yolunun üzərində yerləşən nəzarət məntəqəsini raket və uzaqvuran silahlardan atəşə tutublar. Sputnik haberturk-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 10 əsgər həyatını itirib, 1 nəfər də yaralanıb.
Hücumun ardınca atışma baş verib. Terrorçulara qarşı əməliyyat başlayıb. Həmçinin, hadisə yerinə çoxlu sayda ambulans cəlb olunub.