Ərdoğanı təhqir edən ingilis nazir Türkiyəyə gəlib

© Photo : daphnecaruanagalizia.comBoris Conson
Boris Conson - Sputnik Azərbaycan
Abunə olmaq
O, Qaziantep vilayətində suriyalı qaçqınların qaldığı düşərgəyə baş çəkib

BAKI, 26 sen — Sputnik. Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyəyə səfərə gəlib. Sputnik Sözcü-yə istinadən xəbər verir ki, o, Qaziantep vilayətinə gedərək, Türkiyəyə sığınan suriyalı qaçqınların qaldığı düşərgəyə baş çəkib, onların şəraiti ilə maraqlanıb.

Xatırladaq ki, Boris Conson bir müddət əvvəl yerli mediaya müsahibəsi zamanı Ərdoğan əleyhinə təhqiramiz ifadələr işlətmişdi.

Qaziantep Türkiyə-Suriya sərhəddində yerləşir. Suriyadakı silahlı münaqişədən qaçan suriyalıların bir hissəsi məhz bu bölgəyə sığınıblar.

Xəbər lenti
0