Kaliforniya ABŞ-ın tərkibindən çıxmaq üçün referendum keçirmək istəyir

© AFP 2024 / BRENDAN SMIALOWSKIAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Luis Marinelli: "Biz Trampın təmsil edəcəyi ölkənin bir hissəsi olmaq istəmirik"

BAKI, 26 sen-Sputnik. "Yes California!" hərəkatı Kaliforniyanın ABŞ-ın tərkibindən çıxması ilə bağlı refenrendum təşəbbüsü ilə çıxış etmək istəyir.

Sputnik xarici mediaya istinadla xəbər verir ki, bu barədə təşkilatın lideri Luis Marinelli "Xalqların dialoqu" forumunun yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Xalqların öz müqəddəratını təyinetmə və çoxpolyar dünya qurmaq hüquqları var" — deyə Marinelli bildirib.

O qeyd edib ki, bu addım ola bilsin Kaliforniya xalqının həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək.
"Kaliforniyanın bir çox sakini Vaşinqtonun həyata keçirdiyi aqressiv xarici siyasətdən narazıdır. Biz Kaliforniya sakinləri ilə görüşürük, onları məlumatlandırırıq və onlar ayrılmağı çox yaxşı qəbul edirlər" — deyə hərəkat lideri bildirib.

"Biz Trampın təmsil edəcəyi ölkənin bir hissəsi olmaq istəmirik" — deyən Marinelli əmindir ki, əgər Tramp seçkilərdə qalib gəlsə, referendum artıq yaxın vaxtlarda olacaq.

Marinelli həmçinin bildirib ki, referendumun keçirilməsi bahalı prosesdir. Qanunverici yığıncağın referendumun keçirilməsi zərurətinə baxması üçün petisiya təşkil edərək lazımi sayda imza toplamaq lazım gələcək. Bunun üçün kifayət qədər vaxt lazım gəldiyini bildirən Marinelli əmindir ki, o, referendumun keçirilməsinə nail olacaq.

Xəbər lenti
0