BAKI, 25 sen — Sputnik. Azərbaycanda referendumqabağı təşviqat müddəti başa çatıb.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış — sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək — sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.