Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toy karvanında qəza oldu, 1 nəfər öldü, 7 nəfər yaralandı

© Sputnik / Fuad HasanovBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
Toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub.

BAKI, 25 sen — Sputnik. Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb.

Toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0