MSK görülən işlər barədə hesabat verdi

© Sputnik / Murad OrujovMSK sədri Məzahir Pənahovun referendum öncəsi mətbuat konfransı
MSK sədri Məzahir Pənahovun referendum öncəsi mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
33 ölkədən 117 beynəlxalq müşahidəçi referendumu izləyəcək, 16 beynəlxalq KİV referendumu işıqlandıracaq.

BAKI, 25 sen — Sputnik. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin edilən referendumun yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işləri vaxtında həyata keçirib.

Sputnik xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov sentyabrın 25-də keçirdiyi mətbuat konfransında söyləyib.

Pənahov bildirib ki, MSK referendumun keçirilməsi üçün müəyyən edilən 60 gündən çox səmərəli istifadə edib və hətta bir sıra işlər vaxtından əvvəl həyata keçirilib. Seçicilər referendum barəsində ətraflı məlumatlandırılıb. Həm dairə, həm məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də maarifləndirilib. 

O qeyd edib ki, bütün dairələr texniki vasitələrlə təmin olunub ki, məlumatlar dərhal MSK-ya daxil olsun. Seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün müvafiq qurumların, KİV nümayəndələri üçün bu istiqamətdə təlimlər keçirilib. Hesab edirəm ki, səsvermədə heç bir problem yaranmayacaq.

Pənahov deyib ki, hazırda xaricdə olan seçicilərin səsverməsi üçün müvafiq şərait yaradılıb, xaricdə olan səfirlik və konsulluqlarda seçki məntəqələri yaradılıb. 

O, bildirib ki, 33 ölkədən 117 beynəlxalq müşahidəçi referendumu izləyəcək, 16 beynəlxalq  KİV referendumu işıqlandıracaq.  

Qeyd edilib ki, 53 min 531 yerli müşahidəçi olacaq. 1 məntəqəyə 10 müşahidəçi düşür ki, bu da yüksək göstəricidir. 34 minə yaxın müşahidəçi referendumu izləmək üçün özü təşəbbüs göstərib. 4 təşkilat exit-poll keçirəcək. Bunlardan biri ABŞ digəri isə Fransanın qurumudur.

Xəbər lenti
0