BAKI, 25 sen — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada şahmat üzrə səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr olunmuş yarışın açılışındakı blits-turnirin qalibi olub.
Məmmədyarov 9 mümkün xaldan 7,5 xal toplayıb, ikinci yeri ermənistanlı Levon Aronyan tutub (5,5), üçüncü yer rusiyalı Yan Nepomnyaşşiyə qismət olub (5). Məmmədyarov beşinci nömrəni seçib və bazar ertəsi açılış turunda ağ fiqurlarla çinli Li Çao ilə oynayacaq.
Oktyabrın 6-da başa çatacaq yarışın mükafat fondu 200 min dollardır.