ABŞ-da terror aktı baş verib

© REUTERS / Osman Orsalİğtişaşlar zamanı keşik çəkən polis əməkdaşı
İğtişaşlar zamanı keşik çəkən polis əməkdaşı - Sputnik Azərbaycan
Abunə olmaq
İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxs adamları güllələyib.

BAKI, 25 sen-Sputnik. ABŞ polisi bu gün İllinoys ştatında, Urban-Şampeyndə yerləşən İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, yaralıların durumu orta ağırdır. Bir nəfər hadisə yerindən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə görə, Qrin-strit küçəsində ən azı beş güllə səsi eşidilib.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Bundan bir qədər əvvəl isə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb.

Xəbər lenti
0