Türk ordusunun Suriyanın şimalında əməliyyatı davam edir

© Photo : AATürk Silahlı Güvvətləri terror qruplaşmasına qarşı əməliyyat keçirib
Türk Silahlı Güvvətləri terror qruplaşmasına qarşı əməliyyat keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Müxaliflər 6 yaşayış məntəqəsində nəzarəti ələ keçirib.

BAKI, 24 sen – Sputnik. Türk ordusunun 24 avqustda Suriyanın şimalında başlatdığı “Fərat Qalxanı” hərəkatı davam edir.

Türkiyənin Baş Qərargahından verilən açıqlamaya görə, hərbi döyüş təyyarələri DAEŞ-ə aid 12 hədəfi yox edib. Sputnik bu barədə TRT-yə istinadən bildirir. 

Ankaranın dəstəklədiyi müxalif Azad Suriya ordusunun irəliləməsi isə davam edir. Müxaliflər 6 yaşayış məntəqəsində nəzarəti ələ keçirib.

Koalisiya Qüvvələri tərəfindən təşkil edilən 20 hava hərəkatında isə 40 DAEŞ mənsubu zərərsizləşdirilib, iki bina, kəşfiyyat və müşahidəetmə vasitələri sıradan çıxarılıb.

Xəbər lenti
0