CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

12 seçki məntəqəsində vebkamera quraşdırılıb

Səsvermə
Səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
73 saylı Lənkəran Şəhər seçki dairəsi referenduma hazırdır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 23 sen — Sputnik. Sentyabrın 26-da Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ölkəmizdə keçiriləcək referenduma hazırlıq işləri, demək olar ki, tamamlanıb. Bu istiqamətdə 73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasında (DSK) işlər yekunlaşdırılıb.

DSK sədri Kərim Heydərovun Sputnik-ə verdiyi açıqlamaya görə, hazırda bütün məntəqələr lazım olan inventarlarla təmin edilib: "73 saylı Lənkəran Şəhər seçki dairəsində 28 seçki məntəqəsi var. Məntəqələrdə səsvermənin şəffaflığını maksimum təmin etmək üçün 28 məntəqədən 12-si vebkamera ilə təchiz edilib".

Komissiya sədri Lənkəran Şəhər Seçki Dairəsində, ümumilikdə 35 min 315 nəfərin qeydiyyatda olduğunu, bunlardan 49%-nin kişi, 51%-nin qadın olduğunu və 577 nəfərin ilk dəfə səsvermə hüququndan istifadə edəcəyini bildirdi.

Qeyd edək ki, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsində 26 sentyabr referendumunu 234 nəfər müşahidəçi izləyəcək.

Xəbər lenti
0