Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Narışkin kimdir: deputat, kəşfiyyatçı və?

© РИА Новости / Mediabanka keçidSergey Narışkin
Sergey Narışkin - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbərinin maraqlı tarixçəsi var

BAKI, 23 sen — Sputnik. Altıncı çağırış Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin prezident Vladimir Putinin sərəncamı ilə oktyabrın 5-dən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək. Narışkin və Fradkovla görüşündə dövlət başçısı deyib ki, xarici kəşfiyyatın qarşısında duran əsas hədəf Rusiyanı xarici təhlükələrədn qorumaq və terrorizmə qarşı mübarizədə tərəfdaşlarla sıx əməkdaşlıq etməkdir. Putin deyib ki, Narışkinə səs vermiş seçicilər onun yeni təyinatına anlayışla yanaşacaqlar.

Sergey Narışkin - Sputnik Azərbaycan
RUSİYA
Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edildi

Xatırladaq ki, bundan az öncə yeni təyinatla bağlı "Kommersant" qəzeti material dərc etmişdi. İddia olunurdu ki, Kreml administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodinin sentyabr seçkilərindən sonra Dövlət Dumasının rəhbərliyinə gətiriləcəyi gözlənilir. İndiki spiker Sergey Narışkin isə Xarici Kəşfiyyat Xidmətinin direkoru olacaq.

Rusiyanın dövlət xadimi Sergey Narışkin 27 oktyabr 1954-cü ildə Sankt-Peterburqda anadan olub. Birinci təhsili "mühəndis-radiomexanik" olan Narışkin, sonradan Peterburq Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.

Sankt-Peterburq hökumətinin tərkibində iqtisadiyyat sferasında bir çox vəzifələrdə çalışıb. Narışkin altıncı çağırış Dövlət Dumasına spikerlik edib. O vaxta kimi isə Prezident Administrasiyasına rəhbərlik edib (2008-2011) və Baş nazirin müavini (2004-2008) vəzifəsində çalışıb.

Bununla yanaşı, az öncə kadrların yerdəyişməsi Kreml administrasiyasında da baş tutub: Administrasiya rəhbəri Sergey İvanov prezidentdən onu başqa işə keçirməyi və yerinə müavini Anton Vaynonu təyin etməyi xahiş edib. Vladimir Putin hər iki şəxsin təyinatı ilə bağlı sərəncam imzalayıb və onlara yenə işlərində uğurlar arzulayıb.

İvanov 2011-ci ildə administrasiya rəhbəri təyin olunub. O, bundan sonra Rusiya Prezidentinin ətraf mühit, ekologiya və nəqliyyat üzrə xüsusi təmsilçisi statusunda çalışacaq.

Xəbər lenti
0