Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu günə olan rəsmi valyuta məzənnələri

Abunə olmaq
Manat bütün xarici valyutalara qarşı möhkəmlənib

BAKI, 23 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi sentyabr ayının 22-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6292 manat olub.

Avro manata nisbətən 0,28% zəifləyərək 1,8241 manat olub. Rubl ötən günlə müqayisədə 0,39% ucuzlaşaraq 0,0255 manat səviyyəsinə enib. Lirənin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5531 manat təşkil edib.

Bu gün 1 ingilis funt sterlinqi 2,1248 manatdır. Yəni funt sterlinq 0,33%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,7038 manat təşkil edib.

Xəbər lenti
0