Müslüm Əli oğlu Müslümzadə Tərtər rayonunun İsmayılbəyli kəndində yaşayır. 15 yaşı bu ilin sentyabrın 24-də tamam olacaq.
Gözlərindəki xəstəlik daim Müslümü narahatlıqda saxlayır. Gözün buynuzlu qişası deşilib və oradan su gəlir. Valideynləri onu ölkə daxilindəki bir çox tibb müəssisələrinə aparıblar, təcrübəli oftalmoloqlara müayinə etdiriblər. Amma indiyədək təyin edilən bütün müalicələr yalnız gözdəki narahatlığı bir müddətlik aradan qaldırıb, görmə qabiliyyətinin bərpasına gətirib çıxarmayıb.
9 yaşından xalq mahnılarını ifa etməyə, muğam oxumağa başlayıb. İndi təkcə kəndlərində yox, həm də rayon və respublika miqyasında tanınır, tez-tez müxtəlif tədbirlərə dəvət alır. Ecazkar səsi, yanıqlı zənguləsi ilə böyük konsert salonlarının mərmər divarlarını, beton tavanını “sökür”…