BAKI, 23 sen-Sputnik. Misirdə miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 162-yə çatıb.
Sputnik RİA Novostiyə istinadla xəbər verir ki, sentyabrın 21-də batan qayığın göyərtəsində təxminən 600 miqrant olub.
Qəza qurbanlarının sudan çıxarılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Qayıq Aralıq dənizi sahillərində, Rəşid şəhəri yaxınlığında batıb. Onun göyərtəsində əsasən Sudan, Suriya, Somali və Eritreya vətəndaşları olub.
Bu, miqrantları daşıyan qayığın batması ilə bağlı ilk hal deyil. Son vaxtlar, xüsusilə də Orta Şərqdə, o cümlədən Suriyada hərbi əməliyyatlar intensivləşdikdən sonra, Aralıq dənizində onlarla müqrant daşıyan qayıq batıb. Bu hadisələr zamanı yüzlərlə miqrant həyatını itirib.