BAKI, 22 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi sentyabr ayının 21-i ilə müqayisədə dəyişməyərək 1,6331 manat olub.
Avro 0,64% möhkəmlənərək 1,8292 manat olub. Rubl ötən günlə müqayisədə 1,59% bahalaşaraq 0,0256 manat səviyyəsinə yüksəlib. Türkiyə lirəsinin məzənnəsi isə 1% bahalaşaraq 0,5525 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1318 manatdır. Beləliklə, funt sterlinq 0,68%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,23% ucuzlaşaraq 0,7054 manat təşkil edib.