CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanın istehsal etdiyi silahlara tələbat o qədər çoxdur ki..."

© Photo : REPORT IAYəhya Musayev
Yəhya Musayev - Sputnik Azərbaycan
Abunə olmaq
Yəhya Musayev: "Tələbatın çoxluğundan bəzi sifarişlərdən imtina edirik. Qısa müddətdə istehsal etməyə vaxtımız və imkanımız yoxdur. Müraciətlər, əsasən Avropa, Afrika və Asiya ölkələrindəndir"

BAKI, 22 sen — Sputnik. "Ermənistanda keçirilən parad parodiya idi". Sputnik xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном - Sputnik Azərbaycan
Vladimir Putin: Azərbaycan istədiyi yerdən silah ala bilər

Onun sözlərinə görə, Azərbaycanın hansısa ölkədən havayı silah-sursat almasına ehtiyacı yoxdur: "Biz istehsal etməklə yanaşı, müasir texnologiyaları alıb həmin məhsulları istehsal etməyə çalışırıq. Ordumuzu silah-sursat, döyüş texnikası ilə təmin etməyə qadirik".

"Ermənistanda paradda nümayiş etdirilən "İsgəndər M" raket kompleksinə bərabər kompleksin Pakistandan alınması üçün danışıqlar aparılırmı?" sualına cavab olaraq nazir müavini deyib ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi istehsalçıdır, silah-sursat almır: "Bu sualı Müdafiə Nazirliyinə ünvanlasanız, daha yaxşı olar".

O, həmçinin bildirib ki, Azərbaycanın istehsal etdiyi məmulatlara olan tələbatın çoxluğundan bəzi sifarişlərdən imtina edilir: "Qısa müddətdə istehsal etməyə vaxtımız və imkanımız yoxdur. Müraciətlər, əsasən Avropa, Afrika və Asiya ölkələrindəndir. Onlar ən çox döyüş sursatları, silahlar almaq istəyirlər. Silahlarımız rəqabətli, keyfiyyətlidir və həmin məmulatlar dünya bazarındakı qiymətlərə uyğun satılır".

Y. Musayev bildirib ki, Azərbaycan "ADEX 2014" müdafiə sənayesi sərgisində 27 məhsulla təmsil olunmuşdusa, builki sərgidə bu göstərici 260-dan çox olacaq. Onun bildirdiyinə görə, bu il sərgidə nümayiş olunacaq açıq havada olan platformanın əhatə dairəsi də genişlənib.

"Nazirliyə aid bütün məhsulların hamısı nə qədər mümkündürsə, göstəriləcək və məlumat veriləcək. Sərgi çərçivəsində həmçinin bir sıra müqavilələrin imzalanması da nəzərdə tutulub", — müavin qeyd edib.

Xəbər lenti
0