Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Demokratlarla Respublikaçılar arasında "Putin qarşıdurması"

© AFP 2024 / Mandel NGANVladimir Putin və Barak Obama Brisbendə G20 sammiti zamanı, 15 noyabr 2014-cü il
Vladimir Putin və Barak Obama Brisbendə G20 sammiti zamanı, 15 noyabr 2014-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Obama Trampı Rusiya Prezidentinə simpatiyada ittiham edib, Respublikaçı namizəd isə Kreml rəhbərini Ağ Ev sahibindən daha güclü siyasətçi adlandırıb

Demokratlarla Respublikaçılar arasında"Putin qarşıdurması"
BAKI, 22 sen — Sputnik. ABŞ prezidenti Barak Obama əmindir ki, Rusiya prezidenti Vladimir Putin Respublikaçı Donald Tramp üçün "örnəkdir". Bu haqda ABŞ Prezidenti keçmiş dövlət katibi Hillari Klintonun xeyrinə Filadelfiyada keçirilən kampaniyada bildirib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp - Sputnik Azərbaycan
RUSİYA
Tramp Putini "yerə-göyə sığdırmadı"

Sputnik xəbər verir ki, ABŞ Prezidentinin narazılığına səbəb Trampın "RT" telekanalı üçün verdiyi müsahibəsi olub. Obama, hətta milyarderin Putin qarşısında "yaltaqlıq etdiyini" deyib.

"Kim keçən həftə Rusiya milli telekanalına gedərək bizim hərbçiləri qınayıb, Vladimir Putinə öz simpatiyasını bildirib? O, bu oğlanı sevir" — deyə Obama bildirib.

Tramp isə çərşənbə günü televiziya çıxışında Obamadan fərqli olaraq, Putinin ölkəyə əla nəzarət etdiyini və onun etimad reytinqinin 82 faiz olduğunu deyib. Laosda çıxış edən Barak Obama isə Trampın bu sözlərinə cavab olaraq deyib ki, "hər dəfə cənab Tramp danışanda onun prezidentliyə uyğun olmadığı daha da aydın görünür".

Obamanın sözlərinə görə, Tramp verdiyi bəyanatlara görə məsuliyyət daşımır və ortalığa heç bir konkret plan qoymur: "Respublikaçı namizədin dedikləri ya ziddiyyətlidir, ya məlumatsızlığın nəticəsidir və ya sadəcə gicbəsər ideyalardır".

Trampın çıxışını Demokratlar Partiyasının namizədi Hillari Klinton da tənqid edib. O bildirib ki, Trampın xarici siyasət və Rusiya ilə münasibətlər haqda dedikləri "təhlükəlidir".

Donald Tramp isə hesab edir ki, Krımda yaşayan insanlar Rusiyanın tərkibində qalmaq istəyirlər və problemin həlli zamanı bunu nəzərə almaq lazımdır. O, ABC telekanalına müsahibəsində prezident seçiləcəyi təqdirdə Krımın Rusiyanın tərkibində qalması və sanksiyaların götürülməsi məsələsinə yenidən baxacağını deyib.

Donald Tramp - Sputnik Azərbaycan
Tramp Klintonu geridə qoydu

"Mən bildiyim qədərilə Krım əhalisi əvvəl olduqları yerdə deyil, Rusiya ilə olmaq istəyirlər. Bu faktı nəzərə almaq lazımdır. Əgər bizim Rusiya ilə yaxşı münasibətlərimiz olsa, Rusiya bizə İŞİD problemindən xilas olmağa kömək edəcək. Onu da deyim ki, bunun üçün böyük məbləğdə pul və canlı qüvvə lazımdır, bu isə, yalnız pozitiv bir amil ola bilər" — Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidentliyinə iki namizəd — Hillari Klinton və Donald Tramp sentyabrın 26-da planlaşdırılan üç debatdan birincisində üz-üzə gələcək. ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də keçiriləcək.

Xəbər lenti
0