BAKI, 7 sen — Sputnik. ABŞ-da prezident seçkilərinə az müddət qalır. Bu ərəfədə araşdırma təşkilatları və yerli media seçki nəticələri ilə bağlı sorğular keçirir.
Sputnik ABŞ mediasına istinadən xəbər verir ki, CNN /ORC şirkətinin keçirdiyi sorğuda Respublikaçılar Partiyasından namizəd, iş adamı Donald Tramp 45, Demokratlar Partiyasından namizəd, sabiq xarici işlər naziri Hillari Klinton isə 43 faiz səs toplayıb. Araşdırmanın nəticəsinə görə, Tramp rəqibini 2 % səslə üstələyir.