İŞİD Türkiyə ərazisini raket atəşinə tutub

© Photo : DHAKilis
Kilis - Sputnik Azərbaycan
Abunə olmaq
Rayon mərkəzinə düşən raket mərmisi beşi uşaq olmaqla, 6 nəfərin yaralanmasına səbəb olub

BAKI, 22 sen — Sputnik. İŞİD terror qruplaşması Türkiyənin Kilis ərazisini Suriya tərəfindən raket atəşinə tutub. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, raketlər Türkiyənin Kilis rayonunun Tekke məhəlləsindəki bazarın yanındakı geyim mağazasına düşüb.

Xəbərə görə, bölgəyə təcili tibbi yardım maşınları cəlb edilib. Kilis valisi İsmail Çataklı bildirib ki, rayon mərkəzinə düşən raket mərmisi beşi uşaq olmaqla, 6 nəfərin yaralanmasına səbəb olub.

Xəbər lenti
0