BAKI, 22 sen — Sputnik. Bərdə rayonu, Hacıbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan tövlənin qamışdan ibarət tavanı 9 m2 sahədə yanıb. Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.