Ərdoğandan ABŞ-a PYD şərti

© REUTERS / Kayhan OzerTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti bu terror təşkilatının Suriyada qatıldığı heç bir əməliyyatda Türkiyənin iştirak etməyəcəyini bəyan edib

BAKI, 22 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb. Sputnik Trt Haber-ə istinadən xəbər verir ki, görüşdə Fətullah Gülən şəbəkəsi ilə mübarizədə Amerika Birləşmiş Ştatları ilə görüləcək işlər və Suriya müharibəsi müzakirə olunub.

PYD “qərargahı” - Sputnik Azərbaycan
PYD “qərargahı”na asılan ABŞ bayraqları endirildi

İki saata yaxın davam edən, mətbuata bağlı Ərdoğan-Bayden görüşündə xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybekçi, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.

Ədliyyə naziri Bəkir Bozdağ Baydenə Fətullah Gülənlə əlaqəli yeni qovluqlar verib. Öz növbəsində Bayden, Gülənlə bağlı işlərin aparıldığını deyərək, Türkiyə-ABŞ strateji əlaqələrinin əhəmiyyətinə toxunub və türk xalqının demokratik təşkilatlara və qanunun aliliyinə olan bağlılığını yüksək qiymətləndirib.

"Fərat Qalxanı" əməliyyatına da toxunan ABŞ-ın vitse-prezidenti, PKK terror təşkilatının Türkiyə Təhlükəsizlik Qüvvələri və vətəndaşlarına hücumunu qınayıb. Ərdoğan isə öz növbəsində YPG və onun siyasi davamçısı PYD-ni terrorçu olaraq gördüklərini və bu təşkilatların Suriyada qatıldığı əməliyyatlara Türkiyənin daxil olmayacağını vurğulayıb.

Xəbər lenti
0