Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dini radikalizm mövzusu Azərbaycanda son zamanlara qədər elə də populyar olmayıb

Abunə olmaq
"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusunda mətbuat konfransı keçirilib.

Bu gün Sputnik Azərbaycan Mətbuat Mərkəzində "Dini təbliğata necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusu müzakirəyə çıxarılıb. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri, "Sekulyar dövlətçilik, dini radikalizm və insanlıq əleyhinə çevrilməyən din modeli" ilə bağlı layihənin rəhbəri Ülkər Abdullayeva qeyd edib ki, dini radikalizm mövzusu Azərbaycanda son zamanlara qədər elə də populyar olmayıb.

Ekspertin sözlərinə görə, xarici ölkələrdə Azərbaycan haqda müəyyən fikirlər formalaşıb: "Onlar Azərbaycan haqda deyirlər ki, sizdə sinaqoq, kilsə və məscid yan-yana dayanıb, bu isə çox qəribədir".

Teoloq Hacı Adil Hüseynoğlunun sözlərinə görə isə, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini təbliğatın qadağan olunması sərt qərardır: "Dini təbliğatın məsciddən kənarda qadağan olunması o deməkdir ki, insanlar din haqda danışmasın".

Xəbər lenti
0