BAKI, 21 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 20-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6331 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,63% zəifləyərək 1,8176 manat olub. Rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,53% ucuzlaşaraq 0,5470 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1174 manatdır. Beləliklə, funt sterlinq 0,81%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,24% ucuzlaşaraq 0,7070 manat təşkil edib.