BAKI, 21 sen — Sputnik. "Türkiyə Suriyaya təkbaşına quru qoşunu göndərməyəcək".
Sputnik Haberturk-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Fikri Işık jurnalistlərə açıqlamasında deyib. O, bu barədə Suriyada davam edən "Fərat qalxanı" əməliyyatından danışarkən bildirib.
Nazirin sözlərinə görə, Türkiyə hərbçiləri əməliyyat çərçivəsində Azad Suriya Ordusuna dəstək verir: "Azad Suriya Ordusuna lazım olan hər cür dəstəyi veririk və buna davam edəcəyik. Lakin hazırda quru qoşunumuzun bu hərakata qatılması kimi bir planımız yoxdur".