Korrupsiya nazirin başına bəla oldu

© politeka.netИракский флаг
Иракский флаг - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşyar Zəbari 2003-2004-cü illərdə İraqın xarici işlər naziri vəzifəsini icra edib

BAKI, 21 sen — Sputnik. İraq parlamenti ölkənin maliyyə naziri Xoşiar Zəbarini tutduğu vəzifədən azad edib. Sputnik bu barədə Yeni Şafak qəzetinə istinadən xəbər verir.

Zəbarinin vəzifədən uzaqlaşdırılmasına səbəb nazirin korrupsiya çirkabına bulaşmasıdır. Xəbərə görə, onun tutduğu vəzifədə qalmasının əleyhinə 158, lehinə isə 77 deputat səs verib.

Qeyd edək ki, Xoşyar Zəbari 2003-2004-cü illərdə İraqın xarici işlər naziri vəzifəsini icra edib. O, ölkənin şimalındakı kürd muxtariyyətinin lideri Məsud Barzaninin rəhbəri olduğu "Kürdüstan Demokrat Partiyası"nın üzvüdür.

Xəbər lenti
0