CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK sədri ilə ABŞ səfiri arasında görüş olub

© Photo : AR MSK mətbuat xidmətiMSK sədri Məzahir Pənahov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasındakı görüş
MSK sədri Məzahir Pənahov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasındakı görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Sekuta 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb

BAKI, 21 sen — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. MSK-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Sekuta rəhbərlik etdiyi qurumun MSK ilə sıx əməkdaşlığından məmnunluğunu vurğulayıb, buna görə MSK sədrinə öz təşəkkürünü bildirib və 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsinə (referenduma) hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

Səsvermə - Sputnik Azərbaycan
MDB PA Azərbaycandakı referendumu izləyəcək

M. Pənahov qeyd edib ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər seçki və referendum praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə əhəmiyyətli rol oynayır. O, həmçinin referendumun yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, ölkəmizin seçki (referendum) qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin edilməsi üçün gerçəkləşdirilmiş genişmiqyaslı layihələri diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0