CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?"

Aşura
Aşura - Sputnik Azərbaycan
Abunə olmaq
"Sekulyar dövlətçilik, dini radikalizm və insanlıq əleyhinə çevrilməyən din modeli" müzakirə olunacaq

22 sentyabr saat 12:00-da "Dinə necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı?" mövzusunda mətbuat-konfransı keçiriləcək. Azərbaycanda qanunvericiliyə ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsi ilə bağlı təkliflər irəli sürülüb. Tədbirdə "dini təbliğata necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı" suallarına cavab veriləcək.

Tədbirdə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri, "Sekulyar dövlətçilik, dini radikalizm və insanlıq əleyhinə çevrilməyən din modeli" ilə bağlı layihənin rəhbəri Ülkər Abdullayeva, psixoloq Tariyel Faziloğlu və teoloq Hacı Adil Hüseynoğlu iştirak edəcəklər.

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-ci məhəllə, ev 23 M, 4-cü mərtəbədə keçiriləcək.

Xəbər lenti
0