CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Məhkəmə də ANS-ə "yox" dedi

© ИллюстрацияANS
ANS - Sputnik Azərbaycan
Abunə olmaq
Televiziyanın verdiyi kassasiya şikayəti təmin olunmayıb

BAKI, 21 sen — Sputnik. Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses keçirilib. Sputnik xəbər verir ki, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimin verdiyi qərara əsasən, ANS-in şikayəti təmin edilməyib.

Qeyd edək ki, kassasiya şikayəti ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarından verilib. Həmin qərar da Teleradio Şurasının müraciəti əsasında çıxarılıb.

MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılıb. Şura lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib.

Xəbər lenti
0