CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günə olan rəsmi valyuta məzənnələri

Abunə olmaq
Dolların məzənnəsi sabit qalıb, avro manata nisbətən bahalaşıb, rubl və lirənin durumu dəyişməyib

BAKI, 20 sen — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi sentyabr ayının 19-u ilə müqayisədə dəyişməyərək 1,6370 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8291 manat olub. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi də sabit qalaraq 0,5499 manat təşkil edib. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1346 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik bahalaşma nümayiş etdirib. Gürcü larisinin məzənnəsi 0,09% ucuzlaşaraq 0,7087 manat təşkil edib.

Xəbər lenti
0