BAKI, 20 sen — Sputnik. Qüdsün şərqində 1980-ci ildə ilk dəfə aşkarlanan Talpiot məzarlığındakı qəbirlərin İsa peyğəmbərə və ailəsinə aid olduğu iddia edilir. Sputnik haberler-ə istinadla xəbər verir ki, məzarda olan sümüklər üzərində kimyəvi üsulla tədqiqatlar aparılıb.
İsrailli arxeoloq Aryeh Shimron, bu araşdırmalar nəticəsində qəbirlərin İsa peyğəmbərə, həyat yoldaşı Mary Maqdalenaya və oğlu Yehudaya aid olduğunu söyləyib.
"Talpiot məzarlığındakı sümük nümunələri İsa peyğəmbərin evləndiyini sübut edir" deyən arxeoloq, İncildə qeyd edildiyi kimi, İsanın göyə yüksəlmədiyini iddia edib.
İsrailli arxeoloqun bu iddiasının xristian aləmində yeni müzakirlərə yol açacağı gözlənilir. Qeyd edək ki, "Titanik" filminin rejissoru Ceyms Cameron, 2007-ci ildə çəkdiyi sənədli filmdə bənzər bir iddianı gündəmə gətirmişdi. "Həzrəti İsanın itən məzarı" adlı sənədli filmdə İsanın və ailəsinin sümüklərinin olduğu məzarlıqla əlaqədar iddialar dilə gətirilmişdi.