Bitki tərkibli müalicəvi məhsulların satışı qadağan edildi

© Photo : R. SanderAdasoğanı bitkisi
Adasoğanı bitkisi - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağan edilən məhsullar arasında iltihablı bölgələri yaxşılaşdırdığı iddia edilən adasoğanı və ağrıkəsici xüsusiyyəti olduğu deyilən güzelavratotu da yer alıb

BAKI, 20 sen — Sputnik. Türkiyənin Səhiyyə Nazirliyi şüursuz istifadə nəticəsində şəfa vermək əvəzinə damar tutulmalarına, zəhərlənməyə, hətta ölümə səbəb olan 38 məhsulun satışına qadağa qoyub. Sputnik haberler-ə istinadla xəbər verir ki, nazirlik daha əvvəl də dükan vitrinlərində bitki məhsullarının istifadəsi ilə bağlı etiket, elan və bənzər yazıların asılmasını qadağan etmişdi.

"Adasoğanı diz ağrısına, Güzelavratotu baş ağrısına, nanə qripə, adaçayı soyuqdəyməyə qarşı faydalıdır", — kimi ifadələrdən istifadə edilməsinə da qadağa qoyulmuşdu.

Qadağan edilən 38 məhsul arasında iltihablı bölgələri yaxşılaşdırdığı iddia edilən adasoğanı, ağrıkəsici xüsusiyyəti olduğu deyilən güzelavratotu və revmatizm ağrılarını dayandırdığı deyilən hintyağı da yer alıb. Bu məhsulların şüursuz istifadə nəticəsində damar tıxanmasına, zəhərlənməyə və hətta ölümə yol açdığı vurğulanıb.

Xəbər lenti
0