BAKI, 20 sen — Sputnik. Dünyada 130 milyon insanın təcili yardıma ehtiyacı var. Sputnik xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun bəyan edib.
"Yüz otuz milyon insanın onların həyatını xilas etmək üçün lazım olan köməyə ehtiyacı var. Onlardan onlarla milyonu uşaq və gənclərdir. Bizim gələcək nəsillərimizin həyatı risk altındadır" — deyə, BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Pan Gi Mun deyib.
Qeyd edək ki, bu gün BMT Baş Assamleyasının 71-ci sessiyası öz işinə başlayıb. Pan Gi Mun bu sözləri sessiyanın açılış nitqində söyləyib. Sessiya sentyabrın 26-na qədər davam edəcək.