SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident "Freedom House"la bağlı məsələyə aydınlıq gətirdi

© Wikipedia / AgnosticPreachersKidШтаб-квартире Freedom House в Вашингтоне
Штаб-квартире Freedom House в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: Ermənipərəst mövqe tutduğuna görə ölkəmizin onunla heç bir əlaqəsi yoxdur.

BAKI, 20 sen-Sputnik. "Freedom House" Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə səsləndirib.

Prezident "Freedom House"un ermənipərəst mövqe tutduğunu deyib:

""Freedom House" ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər "Freedom House"un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub."

Əliyev deyib ki, "Freedom House"un hesabatlarının Azərbaycan üçün heç bir əsası yoxdur və onun Avropa Parlamentinin qətnaməsində qeyd olunması təəccüb doğurur.

"Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir." — deyə Əliyev əlavə edib.

Xəbər lenti
0