Yunanıstanda sərt anti-türk qərarı qəbul olundu

© Photo : son.tvYunanıstanda türk məktəbi
Yunanıstanda türk məktəbi - Sputnik Azərbaycan
Abunə olmaq
Türk dilində təhsil verən 9 məktəb bağlanıb. Bundan başqa digər etnik azlıqlara məxsus 60 məktəbin də fəaliyyəti dayandırılıb.

BAKI, 19 sen — Sputnik. Yunanıstanda türklərin çoxluqda yaşadığı bölgə sayılan Qərbi Trakyada, türk dilində təhsil verən 9 məktəb bağlanıb. Bundan başqa digər etnik azlıqlara məxsus 60 məktəbin də fəaliyyəti dayandırılıb.

вертолёт Sikorsky MH-53 Pave Low - Sputnik Azərbaycan
Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb

Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarla bağlı yunan hökuməti açıqlama yayıb. Ölkənin Təhsil Nazirliyi qərarı həmin məktəblərdə şagirdlərin sayının az olması ilə əlaqələndirib.

Türk dilində dərslərin də keçirildiyi məktəblərdən birinin müəllimi Ahmet Arif mediaya açıqlamasında, yunan hökumətini yalan danışmaqda təqsirləndirib: "Son vaxtlar məktəbimizə gələn şagirdlərin sayı artmışdı. Bu il liseydə 175 yeni şagird qeydə alınıb. Bununla da məktəbdəki şagirdlərin sayı 820-yə çatıb. Təhsil Nazirliyinin verdiyi qərarın arxasında irqçilik durur".

Xəbər lenti
0