BAKI, 19 sen-Sputnik. Şenyan Universiteti yanında Paleontologiya İnstitutundan olan Çin alimləri unikal quş-dinozavrın qalıqlarını tapıblar.
Mütəxəssislər qeyd ediblər ki, bu qədim heyvanlar dinozavrlarla quşlar arasında keçid mərhələdir.
Sputnik-in məlumatına görə, bu barədə Nature nəşri məlumat yayıb.
Alimlərin sözlərinə görə, bu qəbildən olan heyvanlar troodonidlər qrupundan olan Anchiornis huxleyi ilə əlaqəlidirlər.
Tədqiqatçıların öyrənmək məqsədilə əldə etdikləri bu qalıqlar Çinin şimal-şərqindəki Lyaonin əyalətində tapılıb. Bu quş-dinozavrın qalıqlarının yaşı çox olsa da, onlar çox yaxşı qalıblar. Onların analizi nəticəsində alimlər sübut ediblər ki, bu növ adi quş deyil, məhz quş-dinozavrdır.
Qalıqların tədqiqi göstərib ki, tarixəqədərki sürünənlərin ön və arxa ətrafları, həmçinin quyruqları qalın lələklərlə əhatə olunub. Buna görə də, sözügedən orqanizm müasir quşlara çox oxşayır.