Türk polisi İŞİD-ə qoşulan azərbaycanlıları saxladı

© Sputnik / Mokhamad MarufİŞİD-ə qoşulan qadınlar
İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən əməliyyat zamanı, Əfqanıstan, İran, İraq və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərindən çoxlu sayda sənəd və rəqəmsal ləvazimat götürülüb.

BAKI, 19 sen – Sputnik. İstanbulda İŞİD-ə qarşı geniş polis əməliyyatı keçirilib. Terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 40 nəfər həbs olunub. Onların heç birinin Türkiyə vətəndaşı olmadığı bildirilir. 

Sputnik Yeni Çağ-a istinadən xəbər verir ki, bir neçə ünvanda keçirilən əməliyyat zamanı, Əfqanıstan, İran, İraq və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərindən çoxlu sayda sənəd və rəqəmsal ləvazimat götürülüb.

Həbs olunanlardan bəzilərinin dəfələrlə Suriyadakı döyüş bölgələrinə getdikləri müəyyən olunub.

Xəbər lenti
0