Fil turisti tapdalayıb öldürdü

Abunə olmaq
İtaliyalı turist Keniyada vəhşi filin hücumuna məruz qalıb

BAKI, 19 sen — Sputnik. Keniyada, dəniz sahilinə yaxın yerdə italiyalı turist, vəhşi filin ona hücum etməsi nəticəsində həyatını itirib. Sputnik xarici KİV-ə istinadən xəbər ver ki, fili naxırda görən 66 yaşlı turist, yaxına gedərək heyvanın şəklini çəkmək istəyib və bununla da onun hücum etməsinə səbəb olub.

Sol ayağından ciddi zədə alan turist keçinib. O, Keniyaya həyat yoldaşı ilə gedib və onlar bu ölkədə gələn ayın sonuna qədər qalmağı planlaşdırırmışlar.

Xəbər lenti
0