CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yorğanın inanılmaz faydası

© pixabay / DieterRobbinsYorğan altında yatan qız
Yorğan altında yatan qız - Sputnik Azərbaycan
Abunə olmaq
Stresə düşdükdə, həyacanlandıqda, üstünüzü qalın ağır yorğanla örtün və bir qədər uzanın. Bu sakitləşməyə kömək edəcək.

BAKI, 19 sen — Sputnik. Elmi araşdırmalar göstərib ki, ağır qalın yorğan (7-15 kq) stress və həyacanı xeyli azaldır.

Sputnik sağlamolun-a istinadla xəbər verir ki, bunun elmi izahatı var.

Məsələ burasındadır ki, ağır yorğanın insan bədəninə təsiri orqanizmdə parasimpatik sinir sisteminin oyanmasına səbəb olur.

Bu isə orqanizmdə stress hormonlarının azalmasına gətirib çıxardır.

Beləliklə, stresə düşdükdə, həyacanlandıqda, üstünüzü qalın ağır yorğanla örtün və bir qədər uzanın. Bu sakitləşməyə kömək edəcək.

Xəbər lenti
0