BAKI, 18 sen — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat"ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.
İdarədən verilən məlumata görə, sentyabrın 18-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.