BAKI, 17 sen — Sputnik. Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.