Donald Tusk: Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər

© REUTERS / Neil HallLondonun parlament prospektində toplaşmış etirazçılar
Londonun parlament prospektində toplaşmış etirazçılar - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa İttifaqı Şurasının sədri bildirib ki, Teresa May ayrılma prosesini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsi üçün bu il müraciətin qeyri-mümkün olduğunu deyib.

BAKI, 17 sen-Sputnik. Slovakiyanın paytaxtı Bratislavada çıxış edən Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Avropa İttifaqından ayrılma prosesinə dair açıqlama verib.

Sputnik “İhlas” xəbər agentliyinə istinadla xəbər verir ki, çıxışı zamanı Donald Tusk Böyük Britaniyanın baş naziri Teresa May ilə Londonda keçən həftə keçirdiyi görüşə toxunub.

Avropa İttifaqı Şurasının sədri bildirib ki, Teresa May ayrılma prosesini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsi üçün bu il müraciətin qeyri-mümkün olduğunu, ancaq gələn ilin yanvarında ya da fevralında müraciət edə biləcəklərini söyləyib.

Xəbər lenti
0