Qriplə bağlı elə bir fakt ortaya çıxdı ki...

Abunə olmaq
Şirniyyat qripə yoluxanlara xeyirlidir, amma o, bəzən məhz qripli xəstələri öldürür

BAKI, 16 sen — Sputnik. Alimlər o qənaətə gəliblər ki, qrip vaxtı şirniyyat qəbul etmək çox xeyirlidir. Lakin bu o demək deyil ki, qripə yoluxanların hamısı şirniyyat yeməklə sağalacaq. Çünki qripi törədən viruslardan biri əksinə, şirniyyatın dostudur və yoluxmuş adamı şirin yediyi üçün dərhal öldürə bilər.

Qrip - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu ölkədə qripdən 84 nəfər ölüb

Yel Universitetindən olan immunobioloqlar bildiriblər ki, viruslu və bakterial infeksiyalar müxtəlif pəhrizləri tələb edir. İnfeksion xəstəliklər zamanı insanın adətən iştahı pisləşir, hərəkətliliyi və sosial fəallığı aşağı düşür.

Tədqiqatçılar qrip virusu olan (A/WSN/33) listeriya (Listeria monocytogenes) bakteriyası ilə yoluxmuş siçanlar üzərində eksperiment aparıb. Listerioz zamanı heyvanların iştahı olmur və əgər onları yeməyə məcbur etsələr, heyvanlar ölür.

Lakin eksperiment zamanı listeriyadan başqa viruslarla yoluxmuş siçanların təmiz qlükoza ilə qidalandırılması zamanı, tamamilə fərqli mənzərə ortaya çıxıb və nəticə effektiv olub. Mütəxəssislərin sözünə görə, qlükoza yalnız listeriyaya yoluxmuş siçanların ölümünə səbəb olur.

Amma digər qrip virusları ilə yoluxma zamanı məcburi qidalanma ölüm hallarının azalmasına gətirib çıxarır, xüsusilə də təmiz qlükoza ilə qidalanma. Alimlərin sözlərinə görə, listeriya viruslu infeksiyalar zamanı siçanlara 2DG verilərkən, qlükoza maddələr mübadiləsini yatırdır və siçanlarda ölüm halları yüksəlir.

Bu mənada alimlər hesab edirlər ki, viruslu və bakterial infeksiyalarda iştahın pozulması adi məsələdir. Lakin belə xəstələri yedizdirmək tamamilə əks göstərişdir.

Xəbər lenti
0