BAKI, 16 sen — Sputnik. Türkiyənin Ağrı əyalətinin Gökçəbulak kəndində PKK terrorçularının hücumu nəticəsində 10 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Ağrı valiliyi məlumat yayıb.
Şəhid olanlardan 8-i kənd qoruyucuları, biri çavuş, biri əsgərdir. 3 hərbçi və 2 mülki vətəndaş da yaralanıb. Terrorçuların müəyyən edilən atəş nöqtələrinə top atılıb. Bölgədə antiterror əməliyyatı aparılır.
Qeyd edək ki, Gökçəbulak kəndi Doğubayazit və Van əyalətinin Çaldıran rayonları arasında yerləşən Tendürek dağının ətəyində yerləşir.