Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR istiqrazlarını təqdim edib

© Photo : REPORT IASOCAR istiqrazlarını ictimaiyyətə təqdim edir
SOCAR istiqrazlarını ictimaiyyətə təqdim edir - Sputnik Azərbaycan
Abunə olmaq
Rövnəq Abdullayev: "İlkin yerləşdirmə zamanı istiqrazları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir"

BAKI, 16 sen — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan SOCAR istiqrazlarını ictimaiyyətə təqdim edib. Sputnik xəbər verir ki, istiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək.

SOCAR - Sputnik Azərbaycan
SOCAR işçilərinin sayını açıqladı

Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Təqdimat mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, ilkin yerləşdirmə (abunə yazılışı) zamanı istiqrazları yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək. Onun sözlərinə görə, SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağd vəsaitə çevirə bilərlər: "Bundan əlavə, xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda alması mümkündür".

SOCAR prezidenti qeyd edib ki, bu istiqrazlar ölkənin maliyyə bazarında yeni bir başlanğıcdır: "Burada uduzan tərəf yoxdur".

Xəbər lenti
0