Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şərqlə Qərb arasında "qırmızı xətt": Avrasiyanın iki nəhəngi anlaşdı

© AP Photo / Alexander ZemlianichenkoRusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü
Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ilə Türkiyə arasında günü-gündən güclənən yaxınlaşma Qərbdə ciddi narahatlıq doğurmağa başlayıb

BAKI, 16 sen — Sputnik. Türkiyə-Rusiya əlaqələrində on bir il sonra bir ilk yaşanıb. Belə ki, 2005-ci ildən bu yana ilk dəfədir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov türkiyəli həmkarı Hulusi Akarla görüşmək üçün Ankaraya rəsmi səfər edib. Rus ordu generalının Türkiyədə yüksək səviyyədə qarşılanması, daha sonra Hulusi Akarla 2 saata yaxın bağlı qapılar arxasında təkbətək görüş keçirməsi yerli və xarici medianın gözündən qaçmayıb.

Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edib - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan Türkiyəyə önəmli səfər

Həm rus, həm də Türkiyədən olan hərbi mənbələr ordu generallarının görüşünün müsbət keçdiyini, əsas müzakirə mövzusunun Suriya olduğunu qeyd ediblər. Görüşdən sonra media işçilərinə paylanan press-relizdə bir cümlə daha çox diqqət çəkib. Orada qeyd olunur ki, "regional problemlər ancaq bölgə dövlətlərinin iştirakı ilə həll edilməlidir, kənardan müdaxilə yolverilməzdir".

"11 il sonra reallaşan bu ziyarət, Rusiyanın Türkiyə ilə hərbi əməkdaşlıqda maraqlı olduğunu göstərir. Hər iki ölkə hərbi güc baxımdan bölgədə ciddi üstünlüyə malikdir. Regional problemlərin, ancaq bölgə ölkələrinin öz iştirakı ilə həll edilməsi üçün həm Türkiyə, həm də Rusiya bundan sonra birgə çalışacaq", — deyə məlumatda bildirilir.

Bir çox ekspertlər bu mesajın birbaşa ABŞ-a, Qərbə ünvanlandığını düşünürlər. Politoloq Fikrət Sadıxov da bu qənaətdədir. O, Sputnik-ə açıqlamasında bildirib ki, bu mesaj regiona heç bir aidiyyəti olmayan dövlətlərə ünvanlanıb: "Yəni bu bölgənin problemlərinə yad güclər yanaşmasın, müdaxilə etməsin və aləmi qarışdırmasın".

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq Fikrət Sadıxov

"Valeri Gerasimovun Türkiyəyə gəlişindən belə başa düşürəm ki, Rusiya və Türkiyə Suriya ilə bağlı müəyyən razılığa gəlib. Razılığın konkret hansı formada olduğunu demək çətindir. Ancaq hər iki dövlət də Suriyanın ərazi bütövlüyündə və sabitlik olmasında maraqlıdır. Bu problemin həlli Türkiyəyə ona görə lazımdır ki, ən uzun sərhədi, məhz Suriya ilədir və qonşuluğunda münaqişə olmasını istəmir. Suriyada sabitlik Rusiya üçün də olduqca əhəmiyyətlidir. Çünki, Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazası Suriyada yerləşir. Bu, Tartus limanındakı hərbi bazasıdır", — siyasi şərhçi qeyd edib.

Bir çox avropalı politoloqlar Gerasimovun Türkiyə səfərini geosiyasi aləmdə yeni eranın başlanğıcı kimi qələmə veriblər. Qərbli ekspertlərə görə, Ankara-Moskva yaxınlaşması dünyanın hazırki güc balansında ciddi dəyişikliklər yarada bilər.

Bu barədə İngiltərənin məşhur "The Daily Star" qəzetinin bugünkü sayında yazılıb ki, Kreml rəhbərliyi Türkiyəni öz tərəfinə çəkmək üçün ciddi cəhdlər göstərir: "Moskvada çox yaxşı anlayırlar ki, Suriya məsələsini Amerika ilə həll etmək mümkün olmayacaq. Ona görə də, mövcud variantlar içərisində ən yaxşı seçim Suriya ilə geniş sərhədi olan Türkiyə hökuməti ilə masa ətrafına oturmaqdır".

Bundan başqa məqalədə, Ərdoğan iqtidarının Moskva üçün bir daha ələ keçməz fürsət olduğu da yazılıb: "Qərblə problemi olan istənilən hökumət Rusiyanın dostudur. Üstəlik, əgər bəhs etdiyimiz ölkə Türkiyədirsə, bu, Moskva üçün daha da cəzbedicidir. Əvvəlki hökumətlərdən fərqli olaraq, Ərdoğan rəhbərliyindəki iqtidar illərdir ki, Qərb dünyası ilə ciddi problem yaşayır. Bu da Kremlin xoşuna gəlir".

Rusiya Baş Qərargah rəisinin Ankarada olduğu ərəfədə, daha bir maraqlı bəyanatı Türkiyə prezidenti Ərdoğanın sağ qolu kimi tanınan millət vəkili Burhan Kuzu verib. O, özünün "Twitter" hesabında Qərbi hədəf alan status paylaşıb: "Qərbə dost və müttəfiq olmaq üçün yaxınlaşdıq. Ancaq yanılmışıq. Onlar özlərinə xidmət edənləri sevirlər. Tayyib Ərdoğana ona görə düşmən kəsiliblər".

© Photo : STRTürkiyəli politoloq Ömər Dinçər
Türkiyəli politoloq Ömər Dinçər - Sputnik Azərbaycan
Türkiyəli politoloq Ömər Dinçər

Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli jurnalist-yazar Ömər Dinçər Qərbin Ərdoğanla düşmənçiliyinin altında yatan səbəb və Ankara-Moskva yaxınlaşmasından danışıb: "Xüsusilə son altı ildə, Qərbin "ərəb baharı" adı altında İslam coğrafiyasına nüfuz etməsi Ankaranı qəzəbləndirmişdi. Öncə Liviya, daha sonra isə Suriya məsələsində ABŞ və Türkiyənin maraqları üst-üstə düşmədi. Ərdoğan dəfələrlə öz çıxışında Yaxın Şərqdə baş verənləri "21-ci əsrin səlib yürüşü" kimi qələmə verdi".

"O zaman türk liderə ən açıq dəstəyi də məhz Vladimir Putin göstərdi. Putin dövlət televiziyasına verdiyi açıqlamasında, Liviyanın xristian ölkələr tərəfindən bombalanmasını xaçlı yürüşünə bənzətdiyini söyləmişdi. Məhz həmin dövrdən etibarən Ankaranın Moskva ilə münasibətləri daha da isinməyə, Qərblə əlaqələri isə soyumağa başladı", — deyə Dinçər bildirib.

Xəbər lenti
0