BAKI, 15 sen — Sputnik. Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Türkiyəyə səfər edib. Sputnik CNN Türk-ə istinadən xəbər verir ki, səfərdə iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.