Əcnəbi kürəkənə 5 min dollar veriləcəyini eşidənlər səfirliyə axışdılar

İslandiyalı qız
İslandiyalı qız - Sputnik Azərbaycan
Abunə olmaq
Danimarkanın Misirdəki səfirliyi, öz facebook səhifəsində məsələyə aydınlıq gətirmək məcburiyyətində qalıb.

BAKI, 16 sen-Sputnik. İslandiya Xarici İşlər Nazirliyi hökumətin onların qadınları ilə evlənmək istəyən xarici kişilərə maliyyə kompensasiyası təklif etməsi xəbərini təkzib edib. 

Sputnik icelandreview.com saytına istinadla xəbər verir ki, əslində hökumətin belə bir qərar verməsi maliyyə çətinlikləri ilə üzləşən İslandiyada məntiqi olmasa da, island qızları xeyli sevindirmiş olardı. 

Saytın xəbərinə görə, belə bir məlumat yayılıb ki, İslandiyanın hakimiyyət orqanları island qızlarla evlənməyə qərar verən immiqrant kişilərə 5000 ABŞ dolları (ISK 608,000, EUR 4500) dəyərində birdəfəlik müavinət ödəmək fikrindədir. İddiaya görə, hökumətin bu alicənab addımı atmasına səbəb öz gözəllikləri ilə hər kəsi valeh edən island qızların kəşf olunmamasıdır. Çünki İslandiyada kişilərin sayı az olduğundan, qızlar ərə getmək imkanından məhrumdurlar. 

Əslində bu ideya thespiritwhispers.com internet saytında yayınlanan bir ingilis hekayəsindən qaynaqlanıb. Orada qeyd olunub ki, Şimali Afrikadan olan kişilər pul amilini evlənmək üçün prioritet hesab edirlər. Afrika ölkələrindən, xüsusilə də Nigeriyadan İslandiyaya hər il xeyli turist gəldiyindən, hesab olunub ki, onları pulla island qızlarla evlənməyə şirnikləndirmək olar.   

İslandiya XİN bildirib ki, İslandiyada kişilərin az olduğuna dair iddialar həqiqətə uyğun deyil. 

Əslində 5 min dollar söhbətini hakerlər tərəfindən ələ keçirilmiş ingilis portalı yayıb. Ehtimala görə,  bir turizm şirkəti bu yolla ölkəyə daha çox turist cəlb etmək istəyib.  Çünki island qızlarla evlənərək 5 min dollar əldə etmək istəyən xeyli sayda afrikalı İslandiyaya axışsa,  turizm şirkətlərinə külli miqdarda xeyir verə bilərlər. 

XİN bildirib ki, ötən illərdə yaranmış iqtisadi böhran səbəbindən İslandiya ciddi maliyyə problemləri yaşayır və onun əcnəbi kürəkənlərə xərcləyəcək qədər vəsaiti yoxdur. 

XİN-in məlumatına görə, island qızların əcnəbilərlə evlənməsinə dair 30-40 sorğu keçirilib, eyni zamanda sosial şəbəkələrdə çoxlu müzakirə edilib. Ola bilsin ki, 5 min dollar söhbəti bu sorğuların və müzakirələrin nəticəsində ortaya çıxıb. Amma onların heç bir əsası yoxdur. 

İş o yerə çatıb ki, Danimarkanın Misirdəki səfirliyi, öz facebook səhifəsində sözügedən söhbətin heç bir əsasının olmadığını bəyan etmək məcburiyyətində qalıb. Çünki bu xəbərin yayılmasının ardından Danimarkanın Misir səfirliyinə İslandiyaya viza almaq üçün çox sayda kişi müraciət edib. 

Xəbər lenti
0