BAKI, 16 sen — Sputnik. Güclü sel və daşqınlar Gürcüstanın ən tanınmış kurort şəhəri sayılan Batumini iflic vəziyyətə salıb. Azərbaycanlı turistlərin də tez-tez üz tutduqları şəhər sulara qərq olub.
Sputnik xəbər verir ki, şəhərin mərkəzi küçələrini su basdığı üçün nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda yağışın gücü zəifləsə də, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət davam edir.