BAKI, 16 sen — Sputnik. "Avropa İttifaqının hazırki durumu kritikdir. Bu halı dəyişə bilmək isə onun öz qabiliyyətini təcrübədə göstərməsindən asılıdır".
Sputnik Ria-ya istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib. Bratislavada İttifaqın qeyri-rəsmi sammitindəki çıxışı zamanı Merkel bildirib ki, Aİ-nin özünü sübuta ehtiyacı var.
"Atacağımız addımlarla təhlükəsizlik, terrorçuluqla mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində daha yaxşı nəticə əldə edə biləcəyimizi göstərməliyik", — o bildirib.